jurnalistmalikqizi

Haqqında yazacağım mövzu bu gün daha çox əyləncə məkanlarında rast gəlinən klounlar barədədir.İndi onlara tarixi məkanları olan teatr səhnələrində az-az rast gəlinsə də bu sənəti davam etdirən aktyorlar hələ ki vardır.Bəs gəlin görək klounluğun tarixi haradan başlayır və klounlar kimlərdir?
”Kloun” italyan sözü olub tərcümədə “ona tamaşa edənləri güldürən,əyləndirən,qəribə görkəmli,üzü həddsiz dərəcədə makiyajlı,komik tərzli,rəngli geyimli oyunbaz”deməkdir.Müasir dövrdə onları klounlar adlandırılar.İlk klounluq nümünəlirinə antik Yunanıstanda,İtaliya Küçə teatrında və sonralar -XVII-XVIII əsrlərdə Avropa saraylarında rast gəlinirdi.Türkiyə tarixində isə Osmanlı sultanlarını əyləndirən “dalkavuk” adlandırılan oyunbazlara təsadüf olunur.Bir çox qaynaqlara görə XVIII əsrə qədər oyunbazlar sarayda yaşamış və saraylarda klounların olması adəti mövcud olmuşdu.
Klounlar komik geyimlər geyinən,müxtəlif rənglərlə hədsiz bəzədilən,qarışıq rəngli pariklər taxan sənət adamları hesab olunur.Onların ayaqqabılarının adi ayaqqabıdan dəfələrlə böyük olması,qeyri-adi paltarlar geyinmələri klounları adi adamlardan fərqləndirən ünsürlərdəndir.
Klounlar adətən sirklərdə fəaliyyət göstərmələrinə baxmayaraq,sifariş veriləndə evlərə,şənliklərə,ad günü,toy məclislərinə də dəvət oluna bilirlər.
Dayaq yemək,yıxılıb düşmək,islanmaq,təəccüblənmək,gülməli hərəkətlər eləmək klounlara xas olan xüsusiyyətlərdəndir və bu kimi hərəkətlər onlar üçün adi bir şey hesab olunur..Klounların tamaşaları adətən 5-10 dəqiqə davam edir və onlar var-qüvvə ilə çalışarlar ki onlara tamaşa edənləri bacardıqları qədər əyləndirə bilsinlər.
İlk dəfə professional sirk klounu adını almış Josef Qrimaldi İngiltərədə 1850-ci ildə səhnəyə çıxmışdı.
Hazırda klounluqla məşğul olan aktyorlar öz bacarıqlarını müxtəlif cür inkişaf etdirirlər.Azərbaycanda da bu sənəti davam etdirənlər var və onlar ən çox eyləncə məkanlarında,ad günü və toy məclislərində çıxış edirlər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


  • None
  • Mr WordPress: Hi, this is a comment.To delete a comment, just log in, and view the posts' comments, there you will have the option to edit or delete them.

Categories

Archives

%d bloggers like this: