jurnalistmalikqizi

BU YERDƏ YAXŞI DEYİBLƏR…

Posted on: April 16, 2011

Rüşvət və rüşvətxorluq….Bu iki söz yəqin ki,hamıya məlumdur.Bəlkə də tez-tez eşitdiyimiz və rast gəldiyimiz ifadələrdir.Rüşvətə həyatımızın müəyyən dövrlərində,müxtəlif sahələrdə rast gəlirik.Məktəb illərindən özümüz də bilmədən müəllimlərə,həkimlərə pul ödəməklə bəlkə də bu xoşagəlməz addımı atmağa məcbur olmuşuq.Dərsə getmədiyimiz müddətdə də həkimdən xəstəlik haqqında  arayış almaq naminə istər-istəməz bu mənfi vərdişin cücərtilərini bilmədən özümüzdə formalaşdırmışıq.Böyüyürük sonra isə fərqinə varırıq ki,sən demə,bunun qulağa heç də xoş səslənməyən adı var imiş-RÜŞVƏT!.. Müəyyən istəklərimizə nail olmaq_yeni iş əldə etmək,hansısa vəzifəyə yüksəlmək,oğlunu hansısa yaxşı təşkil olunmuş hərbi hissəyə yerləşdirmək və ya hərbi xidmətdən saxlamaq üçün qarşı tərəfə qanundan kənar pul ödəyənlər rüşvətin həm alətinə həm də qurbanına çevrilirlər.Dolayısi yolla isə rüşvətxor kəliməsi də buradan meydana gəlir.Bunu da unutmayaq ki,bir çox hallarda rüşvəti və rüşvətxorluğu yaradan biz özümüz oluruq.Yuxarıda sadaladığım istəklərimizi həyata keçirtmək naminə.

Bu cür halların qeydə alındığı ölkələrdə cəmiyyətin dövlətə,onun strukturlarına güvəni güclü olmur.Belə ki,rüşvət və rüşvətxorluq hallarının mövcud olduğu dövlətlərin məhkəmələrində verilən qərarlara, hakim dairələrin həyata keçirtdiyi işlərə həmişə şübhə ilə yanaşılır.Bunun da əsas səbəblərindən biri budur ki, insanlar bütün bu işlərin arxasında rüşvətin dayandığına inanırlar. Rüşvət yalnız alan üçün deyil verən və alıb verən ,yəni bu işin həyata keçməsinə köməkçi olan adam üçün də haramdır .Bəs gəlin görək bu mənfi hala dini aspektdən baxanda hansı yanaşmalar qeydə alınır?Dində Allah-Təala belə buyurmuşdur:”İnsanların mallarından bir qismini bilə-bilə ,günah işlədərək ələ keçirtmək üçün iş başındakılara yedirərək mallarınızı aranızda haqsızlıqla yeməyin.”Buradan da məlum olduğu kimi dində də rüşvət haram hesab olunur və bildirilir ki rüşvət alan da verən də cəhənnəmlikdir və onlara bu dünyada lənət oxunur.

İndi də rüşvətxorluğu aradan qaldırmaq üçün prezident səviyyəsində kampaniyalar həyata keçirilməyə başlanılıb.Bu təqdirəlayiq haldır.Müxtəlif yerlərdə -sosial,iqtisadiyyat,tibb,təhsil və başqa sahələrdə rast gəlinən bu cür aludəçiliyi aradan qaldırmaq elə də asan başa gəlmir və bunun azaldılması halları çəx çətin həyata keçirilir.

Dövlət səviyyəsində  təşkil olunan bütün kampaniyalara ,tədbirlərə baxmayaraq insanların canında rüşvət və rüşvətxorluğa çox böyük məhəbbət bəslənlir.Axi insanların yaxşı iş əldə etmək,yaxşı həyat tərzi yaşamaq və s. kimi istəklərini həyata keçirtməyinin qarşısında yalnız iki yol dayanır :ya şans ya da rüşvətlə yüksəlmək.Şanslı adamdır kimi ideyalar cəmiyyətdə və insanlarən düşüncələrində az yer aldığından ikinci yolun köməyi ilə yüksəlmək fikirlərinə inananlar və onu həyata keçirənlər çox təəssük ki,çoxluq təşkil edir.Bununla bağlı təşkil olunmuş tədbirlərə,kampaniyalara məhəl qoyan da yoxdur.Bu yerdə yaxşı deyiblər :”Sən saydığını say gör rüşvət verən və rüşvət alan nə sayır…”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


  • None
  • Mr WordPress: Hi, this is a comment.To delete a comment, just log in, and view the posts' comments, there you will have the option to edit or delete them.

Categories

Archives

%d bloggers like this: