jurnalistmalikqizi

İLLƏR ÖTÜB KEÇİR ÖMÜRDƏN İLLƏR, İLLƏR GÖRMÜŞDÜKMÜ BU İLLƏR KİMİ?

Posted on: April 13, 2011

Hər gün ömürdən gedir.Ömür dediyimiz bu yolu kimisi şərəflə kimisi isə acınacaqlı bir vəziyyətdə başa vurur.Hər ötüb keçən günümüzün dəyərini həyatımıza yeni bir gün doğanda anlayırıq.Daha doğrusu,geridə buraxdığımız illərin bizim həyatımızda necə yer tutduğunun fərqinə varırıq.Bəzilərimizin fikrincə əgər zaman çarxı olsaydı və o zaman çarxını geri döndərmək mümkün olsaydı həyatımızı daha maraqlı və şən, əyləncəli keçirər,indi peşmançılığını çəkdiyimiz hərərkətləri təkraralamaz və keçən günlərimizi daha dəyərli etmək üçün əlimizdən gələn hər şeyi edərdik deyə düşünürük.

Lakin ötən günə gün çatmaz deyirlər.Əbəs yerə də demirlər.Ömür yollarında qət etdiyimiz hər gün eslində bizi bizə daha da yaxınlaşdırır.Böyüyüb boya –başa çatdıqca əslində kim olduğumuzu dərk etməyə baslayırıq,həyat hemişə bizim üzümüzə gülmür,bəzən itirdiklərimiz müqabilində qazandıqlarımız da olur. Yaxşı dostlar,ürəyimizcə olan iş yeri,yaxşı maaş,və s. tapırıqsa bunun qarşılığında bəzən dost təəssüfkeşliyi,xəyanət,yalan kimi həyatın acı üzlərini də görmüş oluruq.Həyat gözəldir deyib özümüzə təsəlli verdiyimiz anlar da olur.Illərin axarında qoyub getdiyimiz ömür karvanını hansı istiqamətə aparmaq da öz əlimizdədir.

Həyatımızı necə qurmaq,onu necə formalaşdırmaq bəzən bizə çox çətin görünür.Amma buna baxmayaraq,biz özümüzü bu yaşam deyilən qısa yolda necə xoşbəxt eləməyi düşünməliyik.Xoşbəxtliyə isə uzaqlarda yox əlmizdə  olanların dəyərini bilməklə qovuşa bilərik. Yaşadığımız dünyaya həmişə rəngli pəncərələr arxasından baxmağı bacarmalıyıq.Dünya təkcə ağ və qaradan ibarət deyil.Bir də unutmayaq ki,həyat onu sevənlər üçün gözəldir. Sadəcə etmək istədiyimiz  bir şeyə ürəkdən inanmaq lazımdır.İnansan görərsən……!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


  • None
  • Mr WordPress: Hi, this is a comment.To delete a comment, just log in, and view the posts' comments, there you will have the option to edit or delete them.

Categories

Archives

%d bloggers like this: