jurnalistmalikqizi

Haqqında yazacağım mövzu bu gün daha çox əyləncə məkanlarında rast gəlinən klounlar barədədir.İndi onlara tarixi məkanları olan teatr səhnələrində az-az rast gəlinsə də bu sənəti davam etdirən aktyorlar hələ ki vardır.Bəs gəlin görək klounluğun tarixi haradan başlayır və klounlar kimlərdir?
”Kloun” italyan sözü olub tərcümədə “ona tamaşa edənləri güldürən,əyləndirən,qəribə görkəmli,üzü həddsiz dərəcədə makiyajlı,komik tərzli,rəngli geyimli oyunbaz”deməkdir.Müasir dövrdə onları klounlar adlandırılar.İlk klounluq nümünəlirinə antik Yunanıstanda,İtaliya Küçə teatrında və sonralar -XVII-XVIII əsrlərdə Avropa saraylarında rast gəlinirdi.Türkiyə tarixində isə Osmanlı sultanlarını əyləndirən “dalkavuk” adlandırılan oyunbazlara təsadüf olunur.Bir çox qaynaqlara görə XVIII əsrə qədər oyunbazlar sarayda yaşamış və saraylarda klounların olması adəti mövcud olmuşdu.
Klounlar komik geyimlər geyinən,müxtəlif rənglərlə hədsiz bəzədilən,qarışıq rəngli pariklər taxan sənət adamları hesab olunur.Onların ayaqqabılarının adi ayaqqabıdan dəfələrlə böyük olması,qeyri-adi paltarlar geyinmələri klounları adi adamlardan fərqləndirən ünsürlərdəndir.
Klounlar adətən sirklərdə fəaliyyət göstərmələrinə baxmayaraq,sifariş veriləndə evlərə,şənliklərə,ad günü,toy məclislərinə də dəvət oluna bilirlər.
Dayaq yemək,yıxılıb düşmək,islanmaq,təəccüblənmək,gülməli hərəkətlər eləmək klounlara xas olan xüsusiyyətlərdəndir və bu kimi hərəkətlər onlar üçün adi bir şey hesab olunur..Klounların tamaşaları adətən 5-10 dəqiqə davam edir və onlar var-qüvvə ilə çalışarlar ki onlara tamaşa edənləri bacardıqları qədər əyləndirə bilsinlər.
İlk dəfə professional sirk klounu adını almış Josef Qrimaldi İngiltərədə 1850-ci ildə səhnəyə çıxmışdı.
Hazırda klounluqla məşğul olan aktyorlar öz bacarıqlarını müxtəlif cür inkişaf etdirirlər.Azərbaycanda da bu sənəti davam etdirənlər var və onlar ən çox eyləncə məkanlarında,ad günü və toy məclislərində çıxış edirlər.

Rüşvət və rüşvətxorluq….Bu iki söz yəqin ki,hamıya məlumdur.Bəlkə də tez-tez eşitdiyimiz və rast gəldiyimiz ifadələrdir.Rüşvətə həyatımızın müəyyən dövrlərində,müxtəlif sahələrdə rast gəlirik.Məktəb illərindən özümüz də bilmədən müəllimlərə,həkimlərə pul ödəməklə bəlkə də bu xoşagəlməz addımı atmağa məcbur olmuşuq.Dərsə getmədiyimiz müddətdə də həkimdən xəstəlik haqqında  arayış almaq naminə istər-istəməz bu mənfi vərdişin cücərtilərini bilmədən özümüzdə formalaşdırmışıq.Böyüyürük sonra isə fərqinə varırıq ki,sən demə,bunun qulağa heç də xoş səslənməyən adı var imiş-RÜŞVƏT!.. Müəyyən istəklərimizə nail olmaq_yeni iş əldə etmək,hansısa vəzifəyə yüksəlmək,oğlunu hansısa yaxşı təşkil olunmuş hərbi hissəyə yerləşdirmək və ya hərbi xidmətdən saxlamaq üçün qarşı tərəfə qanundan kənar pul ödəyənlər rüşvətin həm alətinə həm də qurbanına çevrilirlər.Dolayısi yolla isə rüşvətxor kəliməsi də buradan meydana gəlir.Bunu da unutmayaq ki,bir çox hallarda rüşvəti və rüşvətxorluğu yaradan biz özümüz oluruq.Yuxarıda sadaladığım istəklərimizi həyata keçirtmək naminə.

Bu cür halların qeydə alındığı ölkələrdə cəmiyyətin dövlətə,onun strukturlarına güvəni güclü olmur.Belə ki,rüşvət və rüşvətxorluq hallarının mövcud olduğu dövlətlərin məhkəmələrində verilən qərarlara, hakim dairələrin həyata keçirtdiyi işlərə həmişə şübhə ilə yanaşılır.Bunun da əsas səbəblərindən biri budur ki, insanlar bütün bu işlərin arxasında rüşvətin dayandığına inanırlar. Rüşvət yalnız alan üçün deyil verən və alıb verən ,yəni bu işin həyata keçməsinə köməkçi olan adam üçün də haramdır .Bəs gəlin görək bu mənfi hala dini aspektdən baxanda hansı yanaşmalar qeydə alınır?Dində Allah-Təala belə buyurmuşdur:”İnsanların mallarından bir qismini bilə-bilə ,günah işlədərək ələ keçirtmək üçün iş başındakılara yedirərək mallarınızı aranızda haqsızlıqla yeməyin.”Buradan da məlum olduğu kimi dində də rüşvət haram hesab olunur və bildirilir ki rüşvət alan da verən də cəhənnəmlikdir və onlara bu dünyada lənət oxunur.

İndi də rüşvətxorluğu aradan qaldırmaq üçün prezident səviyyəsində kampaniyalar həyata keçirilməyə başlanılıb.Bu təqdirəlayiq haldır.Müxtəlif yerlərdə -sosial,iqtisadiyyat,tibb,təhsil və başqa sahələrdə rast gəlinən bu cür aludəçiliyi aradan qaldırmaq elə də asan başa gəlmir və bunun azaldılması halları çəx çətin həyata keçirilir.

Dövlət səviyyəsində  təşkil olunan bütün kampaniyalara ,tədbirlərə baxmayaraq insanların canında rüşvət və rüşvətxorluğa çox böyük məhəbbət bəslənlir.Axi insanların yaxşı iş əldə etmək,yaxşı həyat tərzi yaşamaq və s. kimi istəklərini həyata keçirtməyinin qarşısında yalnız iki yol dayanır :ya şans ya da rüşvətlə yüksəlmək.Şanslı adamdır kimi ideyalar cəmiyyətdə və insanlarən düşüncələrində az yer aldığından ikinci yolun köməyi ilə yüksəlmək fikirlərinə inananlar və onu həyata keçirənlər çox təəssük ki,çoxluq təşkil edir.Bununla bağlı təşkil olunmuş tədbirlərə,kampaniyalara məhəl qoyan da yoxdur.Bu yerdə yaxşı deyiblər :”Sən saydığını say gör rüşvət verən və rüşvət alan nə sayır…”

Hər bir xalqın özünəməxsus adət-ənənələri,tarixi keçmişi,onunla bağlı milli mədəniyyəti mövcuddur.Bu baxımdan milli geyimlərimiz milli mədəniyyətimizin ayrılmaz hissəsidir.Bu geyimlərimiz kişi və qadın geyimlərindən ibarət olubçmüəyyən dövrlərdə geyinilmiş və bü gün də tarixən qorunub saxlanılır.Araqçın,arxalıq,yapıncı,çalma,papaq,kürdü,eşmək,müxtəlif növ ayaqqabılar,çarıqlar və s.XİX əsrin sonu XX əsrin əvvəllərində azərbaycanlı kəndli və ziyalı təbəqəsinin istifadə etdiyi geyimlər idi.Həmin dövrdə zəngin təbəqənin qadın nümayəndələri müxtəlif bahalı daş-qaşlardan bəzək akssesuarları da istifadə edirdilər ki bu da,onları daha zərif və zəngin göstərirdi.Milli geyimlərimizin bir parçası olan çarıqlar həmin dövr üçün səciyyəvi olan ayaqqabı növlərindən biri idi. Milli geyimlərimizin bir parçası olan kişi və qadın çarıqlarıdır.Tarixi mədəniyyətimizin ayrılmaz hissəsi  olan milli geyimlərimiz haqqında məlumatların azlığı şəraitində çarıqlar və onların qısa tarixinə nəzər salmaq yəqin ki təqdirəlayiq olardı.İndi milli atribut kimi istifadə olunan çarıqlar XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda geyilən ayaqqabı növlərindən biri idi.Çarıqlar o dövrdə kəndlilər  arasında çox geniş yayılmışdı.Bunun da əsas səbəblərindən biri onların hazırlanmasının ucuz başa gəlməsi,yüngül və rahat olması idi.Ayağı fiziki zədələmələrdən və soyuqdan qoruması  çarıqdan istifadənin sayını artırırdı.Həmin dövrdə kasıb kəndlilər çarıqları xüsusi günlərdə-bayramlarda,toy və şənliklərdə çox vaxt isə gündəlik olaraq geyinirdilərsə varlı kəndlilər bu ayaqqabı növündən demək olar ki, hər gün istifadə edirdilər.Varlı təbəqənin çarıqları bəzən də daş-qaşla bəzədilir və digərlərindən seçilirdi.Çarıqdan istifadənin sayının artdığı bir dövrdə bu ayaq geyimini hazırlayan xüsusi çarıqçılar da meydana gəlirdi.Öz işlərinin öhdəsindən yaxşı gəlməyi bacaran bu peşəkar ustalar çarıqların müxtəlif növlərini hazırlayırdılar.Qızqaytaran,şiravi,təkburun,qarabağı,üçburun,əcəmi,quşgöz və s.kimi çarıq növlərini iribuynuzlu qaramalın dərisindən ya da xüsusi emal olunmuş göndən hazırlayırdılar.Onların bağlanmasına gəlincə isə onu qeyd edim ki,dəridən hazırlanmış bu ayaqqabını iki cür bağla:hörmə yun və eşmə(əyirilmiş),eyni zamanda da rəngli bağlarla ayağa hörürdülər.Çarıqları yun corabın üstündən geyinirdilər.Bu həm ayağı isti saxlayır həm də onun görünüşünə gözəllik verirdi.

Qeyd etdiyim ayaqqabı növündən həmin dövrdə demək olar ki,Azərbaycanın bütün bölgələrində istifadə olunurdu.Naxçıvan bölgəsində isə həsirdən hazırlanan və “həsir çarıq” adlandırılan ayaqqabılara  da rast gəlinirdi.Araşdırma apardığım zaman tanış olduğum Tuti nənənin dediklərindən belə bir nəticəyə gəlmək olar ki,,Şəki bölgəsində hər bir qadının özünəməxsus ayaq geyimi olub.Belə ki,qızların,gəlinlərin hətta yaşlı qadınların çarıqları bir-birindən fərqlənirdi.Bu fərqlilik  daha çox çarıqların dabanlarının quruluşunda özünü göstərirdi.Qızların çarıqlarının dabanları gəlin və yaşlı qadınların çarıqlarına nisbətən daha hündür olurdu.Qadınların çadra örtdüyü bir zamanda onların çarıqlarının quruluşundan onun qız və ya gəlin olduğunu asanlıqla seçmək mümkün olurdu.Xüsusilə,təzə gəlinlərin çarıqları qızılı saplarla bəzədilirdi.

Hətta çarıqlarla bağlı müxtəlif yuxuyozmalar meyadana gəlmişdi.Bu yuxuyozmalardan birində deyilir ki,yuxuda Çarıq görmək bizə yaxşı tanış olan bir məkana səyahət edəcəyimizə işarədir.Digər bir yuxuyozmada qeyd olunur ki,əgər kimsə yuxuda çarıq görübsə bu ətrafdakıların sizə hörmət edəcəyinə və böyük nüfuza işarə olunur.

Zaman-zaman çarıqlar da öz istifadə müddətini başa vurmuş,artıq indi işlədilən və yüksək dəyərləndirilən milli atributlardan birinə çevrilmişdi.

Müasir dövrümüzdə isə çarığı milli atribut kimi istehsal edən müəssisələr meydana gəlib.Belə ki,2002-ci ildə Azərbaycanda yaradılmış olan müəssələrin birinin ilk istehsal etdiyi məhsullardan biri məhz çarıq olmuşdu.Həmin suvenir çarıqlar Azərbaycana gələn turistlər tərəfindən mənəvi cəhətdən yüksək qiymətləndirilir,dəyərli suvenir kimi dünyanın müxtəlif yerlərinə aparılır.Bu sevindirici haldır.Amma hec bir halda biz öz milli dəyərlərimizi unutmamalı onlara daim sahib çıxmalıyıq.Ümid edirəm ki,milli dəyərlərimizi qorumaq və onlar haqqinda az da olsa kiçik biliklərə sahib olmalıyıq.Elə bunun üçün də,məncə birinci olaraq öyrənməkdən sonra isə öyrətməkdən başlamaq lazımdır….

Bəzən insanlar öz əllərində olduqlarının dəyərini onları  itirdikdən sonra anlayırlar.Yaxşını da pisi də.Mən sevdiyim insanları,yaxılarim onlar məndən uzaqda olduqda nə qədər çox sevdiyimin fərqinə vardı. Qardaşıa  o,əsgər gedəndə nə qədər çox dəyər verdiyimi anladı.Anami nə dərəcədə çox istədiyimi o,xəstə olanda hiss edirəm..Bəzən biz əsl xoşbəxtliyi çox uzaqlarda ,hardasa özümüzə arzuladigimiz xeyallar aləmində axtaririq.Məncə əsl xoşbəxtlik əlində olanlarin dəyərini bilib onlarla xoş bir ömür keçirməkdədir.Nə vaxtsa hardasa eşitmisdim ki,nəyinsə ugursuz oldugunu düşunmədən o iş ugursuz ola bilməz.yəni insan həyati da belədir.biz ətrafimizda olub-bitənlərə heç də həmişə bədbin gözlə baxmamaliyiq.her bir şeyin sonu yeni başlangiclarin temelini qoyur.bu dünyada heç ne əbədi olmadigi kimi insan ömrü də əbədi deyil.Ulu Tanrinin bizə verdiyi ömrü şərəflə başa vurmaliyiq ki,sonradan dönüb arxamiza baxdigimizda’’ bizdən sonra da bizim yaratdiqlarimiz yaşayacaq”deyə bilməyə ən azindan haqqimiz olsun.Arxamiza baxdigimizda biz ikinci defe xoşbextliyi yaşayacagiq.

Bundan başqa bəzi insanlar elə düşünürlər ki,əsl xoşbəxtlik bu dünyada yoxdur.Belə düşünənlərin bir əsasi vardir.onlar esl xoşbəxliyin ani,keçici bir hiss olmadigina,bu dünyada isə xoşbəxtliyin sadəcə adinin olduguna inanirlar.esl xoşbextlik bizden çox-çox uzaqdadir.belke de kimlerse ona artiq nail olub,kimlerse onun arzusundadir,kimlerin ise çox uzagindadir.Mən xoşbəxtliyin hem bu dünyada olduğuna həm de başqa bir dünyada olduguna inaniram.düzdür,buna hele nail olmamişam .Amma mən çox isterdim ki,sevdiyim menim yanimda olsun .Ne de olsa,bu xoşbextliyin bir parçasidir.Amma bezen imkansiz olan şeylər də vardir…

 

Hər gün ömürdən gedir.Ömür dediyimiz bu yolu kimisi şərəflə kimisi isə acınacaqlı bir vəziyyətdə başa vurur.Hər ötüb keçən günümüzün dəyərini həyatımıza yeni bir gün doğanda anlayırıq.Daha doğrusu,geridə buraxdığımız illərin bizim həyatımızda necə yer tutduğunun fərqinə varırıq.Bəzilərimizin fikrincə əgər zaman çarxı olsaydı və o zaman çarxını geri döndərmək mümkün olsaydı həyatımızı daha maraqlı və şən, əyləncəli keçirər,indi peşmançılığını çəkdiyimiz hərərkətləri təkraralamaz və keçən günlərimizi daha dəyərli etmək üçün əlimizdən gələn hər şeyi edərdik deyə düşünürük.

Lakin ötən günə gün çatmaz deyirlər.Əbəs yerə də demirlər.Ömür yollarında qət etdiyimiz hər gün eslində bizi bizə daha da yaxınlaşdırır.Böyüyüb boya –başa çatdıqca əslində kim olduğumuzu dərk etməyə baslayırıq,həyat hemişə bizim üzümüzə gülmür,bəzən itirdiklərimiz müqabilində qazandıqlarımız da olur. Yaxşı dostlar,ürəyimizcə olan iş yeri,yaxşı maaş,və s. tapırıqsa bunun qarşılığında bəzən dost təəssüfkeşliyi,xəyanət,yalan kimi həyatın acı üzlərini də görmüş oluruq.Həyat gözəldir deyib özümüzə təsəlli verdiyimiz anlar da olur.Illərin axarında qoyub getdiyimiz ömür karvanını hansı istiqamətə aparmaq da öz əlimizdədir.

Həyatımızı necə qurmaq,onu necə formalaşdırmaq bəzən bizə çox çətin görünür.Amma buna baxmayaraq,biz özümüzü bu yaşam deyilən qısa yolda necə xoşbəxt eləməyi düşünməliyik.Xoşbəxtliyə isə uzaqlarda yox əlmizdə  olanların dəyərini bilməklə qovuşa bilərik. Yaşadığımız dünyaya həmişə rəngli pəncərələr arxasından baxmağı bacarmalıyıq.Dünya təkcə ağ və qaradan ibarət deyil.Bir də unutmayaq ki,həyat onu sevənlər üçün gözəldir. Sadəcə etmək istədiyimiz  bir şeyə ürəkdən inanmaq lazımdır.İnansan görərsən……!!!

Dünən gecə bəlkə də heç kəsin fikir vermədiyi yaxud da fikir verib baxdigi sonra da üzünü tutub ‘’bu gün Bakiya ilk qar yagir’’ deyilişi kimlər üçün adi eyni zamanda da xoş təəssürat oyatsa da kimlər üçun isə sadəcə keçmiçin aci xatirələrinin ilk dənəcikləri idi.Yeni qedem qoydugumuz ilin ilk qari yagirdi Bakiya.Qarin sevincinden ozunu kuceye,bayira atan usaqlarin sevincini ise hec ne ile muqaise etmey olmaz…hele ele ele verib,omrlerinin en gozel caglarinda en xosbext gunlerini yasayan genc sevgilileri demirem…kimisi ise qisin gelmesini ,qarin yagmasini ozune derd edib birce bu qisi da yola vere bilseydiy deye qonsusuna sikayetlenmekden bele yorulmur…Insanlar müxtəlif oldugu kimi onlarin kiməsə və nəyəsə münasibəti də muxtəlif olur.Bu qar bəziləri üçün ilk qar bəziləri üçün isə sonuncu qar oldu.məşhur deyimdə deyildiyi kimi ‘’Hər gün ömürdən gedir’’.Payiz fəslində yagiş damlalarinin yerə nece tez qovuşmaq istədiyinin,torpagin onlari necə hərarətlə qucaqladiginin hamimiz şahidi olmuşuq.İnsanlarin da qəlbləri bəzən torpaq olur-sevdikləri üçün.

Dünən ömrünü övladlarinin yolunda xərcləyən,onlarin hər sözünə can deyə cavab verən,övladlarinin sevincini kədərini özününkü bilən,bu əzabli həyat yollarinda onlari böyük məşşəqətlərlə böyüdən,həyatin enişli-yoxuşlu yollarina yola salan ana,bu gün soyuq eyni zamanda da darixdirici görünən evin divarlari yaninda Bakinin ilk qarina tamaşa edərək,bəlkə də sonu görünməyən ümidlərlə yenə də öz oglunu yolunu gözləyir.Əlindəki əsani xəfifcə yerindən irəlilədən qoca ana ona həyat verə biləcək dərmanlari inamla götürərək üzünü yenə də paytaxtin ilk qarina tərəf tutur.Onun taqətsiz ayaqlari birdən soyuq və yöndəmsiz görünən çarpayisina tərəf irəliləyir.O,birdən bütün varligi ilə öz müvazinətini itirir və sanki çarpayi qoca anani  aguşuna almaq üçün onu özünə tərəf çəkir.Bu zaman ananin son piçiltilari onun ürək döyüntülərinə qarişir;’’ axi mənim günahim nə idi?’’

Sabahisi gün qocalar evinin qatar kimi uzanib gedən kolidorlarinda qoca ananin soyuq,cansiz bədənini son mənzilə yola salinir.Bu qar onun taleyində sonuncu qar oldu.

Amma çölde hələ də qar yagir…Usaqlarin sevinc sedalari ise bir birine qarisib…

Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.

Here are some suggestions for your first post.

  1. You can find new ideas for what to blog about by reading the Daily Post.
  2. Add PressThis to your browser. It creates a new blog post for you about any interesting  page you read on the web.
  3. Make some changes to this page, and then hit preview on the right. You can alway preview any post or edit you before you share it to the world.

  • None
  • Mr WordPress: Hi, this is a comment.To delete a comment, just log in, and view the posts' comments, there you will have the option to edit or delete them.

Categories

Archives