jurnalistmalikqizi

ÇARIQLARIMIZ

Posted on: April 13, 2011

Hər bir xalqın özünəməxsus adət-ənənələri,tarixi keçmişi,onunla bağlı milli mədəniyyəti mövcuddur.Bu baxımdan milli geyimlərimiz milli mədəniyyətimizin ayrılmaz hissəsidir.Bu geyimlərimiz kişi və qadın geyimlərindən ibarət olubçmüəyyən dövrlərdə geyinilmiş və bü gün də tarixən qorunub saxlanılır.Araqçın,arxalıq,yapıncı,çalma,papaq,kürdü,eşmək,müxtəlif növ ayaqqabılar,çarıqlar və s.XİX əsrin sonu XX əsrin əvvəllərində azərbaycanlı kəndli və ziyalı təbəqəsinin istifadə etdiyi geyimlər idi.Həmin dövrdə zəngin təbəqənin qadın nümayəndələri müxtəlif bahalı daş-qaşlardan bəzək akssesuarları da istifadə edirdilər ki bu da,onları daha zərif və zəngin göstərirdi.Milli geyimlərimizin bir parçası olan çarıqlar həmin dövr üçün səciyyəvi olan ayaqqabı növlərindən biri idi. Milli geyimlərimizin bir parçası olan kişi və qadın çarıqlarıdır.Tarixi mədəniyyətimizin ayrılmaz hissəsi  olan milli geyimlərimiz haqqında məlumatların azlığı şəraitində çarıqlar və onların qısa tarixinə nəzər salmaq yəqin ki təqdirəlayiq olardı.İndi milli atribut kimi istifadə olunan çarıqlar XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda geyilən ayaqqabı növlərindən biri idi.Çarıqlar o dövrdə kəndlilər  arasında çox geniş yayılmışdı.Bunun da əsas səbəblərindən biri onların hazırlanmasının ucuz başa gəlməsi,yüngül və rahat olması idi.Ayağı fiziki zədələmələrdən və soyuqdan qoruması  çarıqdan istifadənin sayını artırırdı.Həmin dövrdə kasıb kəndlilər çarıqları xüsusi günlərdə-bayramlarda,toy və şənliklərdə çox vaxt isə gündəlik olaraq geyinirdilərsə varlı kəndlilər bu ayaqqabı növündən demək olar ki, hər gün istifadə edirdilər.Varlı təbəqənin çarıqları bəzən də daş-qaşla bəzədilir və digərlərindən seçilirdi.Çarıqdan istifadənin sayının artdığı bir dövrdə bu ayaq geyimini hazırlayan xüsusi çarıqçılar da meydana gəlirdi.Öz işlərinin öhdəsindən yaxşı gəlməyi bacaran bu peşəkar ustalar çarıqların müxtəlif növlərini hazırlayırdılar.Qızqaytaran,şiravi,təkburun,qarabağı,üçburun,əcəmi,quşgöz və s.kimi çarıq növlərini iribuynuzlu qaramalın dərisindən ya da xüsusi emal olunmuş göndən hazırlayırdılar.Onların bağlanmasına gəlincə isə onu qeyd edim ki,dəridən hazırlanmış bu ayaqqabını iki cür bağla:hörmə yun və eşmə(əyirilmiş),eyni zamanda da rəngli bağlarla ayağa hörürdülər.Çarıqları yun corabın üstündən geyinirdilər.Bu həm ayağı isti saxlayır həm də onun görünüşünə gözəllik verirdi.

Qeyd etdiyim ayaqqabı növündən həmin dövrdə demək olar ki,Azərbaycanın bütün bölgələrində istifadə olunurdu.Naxçıvan bölgəsində isə həsirdən hazırlanan və “həsir çarıq” adlandırılan ayaqqabılara  da rast gəlinirdi.Araşdırma apardığım zaman tanış olduğum Tuti nənənin dediklərindən belə bir nəticəyə gəlmək olar ki,,Şəki bölgəsində hər bir qadının özünəməxsus ayaq geyimi olub.Belə ki,qızların,gəlinlərin hətta yaşlı qadınların çarıqları bir-birindən fərqlənirdi.Bu fərqlilik  daha çox çarıqların dabanlarının quruluşunda özünü göstərirdi.Qızların çarıqlarının dabanları gəlin və yaşlı qadınların çarıqlarına nisbətən daha hündür olurdu.Qadınların çadra örtdüyü bir zamanda onların çarıqlarının quruluşundan onun qız və ya gəlin olduğunu asanlıqla seçmək mümkün olurdu.Xüsusilə,təzə gəlinlərin çarıqları qızılı saplarla bəzədilirdi.

Hətta çarıqlarla bağlı müxtəlif yuxuyozmalar meyadana gəlmişdi.Bu yuxuyozmalardan birində deyilir ki,yuxuda Çarıq görmək bizə yaxşı tanış olan bir məkana səyahət edəcəyimizə işarədir.Digər bir yuxuyozmada qeyd olunur ki,əgər kimsə yuxuda çarıq görübsə bu ətrafdakıların sizə hörmət edəcəyinə və böyük nüfuza işarə olunur.

Zaman-zaman çarıqlar da öz istifadə müddətini başa vurmuş,artıq indi işlədilən və yüksək dəyərləndirilən milli atributlardan birinə çevrilmişdi.

Müasir dövrümüzdə isə çarığı milli atribut kimi istehsal edən müəssisələr meydana gəlib.Belə ki,2002-ci ildə Azərbaycanda yaradılmış olan müəssələrin birinin ilk istehsal etdiyi məhsullardan biri məhz çarıq olmuşdu.Həmin suvenir çarıqlar Azərbaycana gələn turistlər tərəfindən mənəvi cəhətdən yüksək qiymətləndirilir,dəyərli suvenir kimi dünyanın müxtəlif yerlərinə aparılır.Bu sevindirici haldır.Amma hec bir halda biz öz milli dəyərlərimizi unutmamalı onlara daim sahib çıxmalıyıq.Ümid edirəm ki,milli dəyərlərimizi qorumaq və onlar haqqinda az da olsa kiçik biliklərə sahib olmalıyıq.Elə bunun üçün də,məncə birinci olaraq öyrənməkdən sonra isə öyrətməkdən başlamaq lazımdır….

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


  • None
  • Mr WordPress: Hi, this is a comment.To delete a comment, just log in, and view the posts' comments, there you will have the option to edit or delete them.

Categories

Archives

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: